AZ

Almaniyanın Rusiyaya ixracı 18% artıb

Almaniya məhsullarının Rusiyaya ixracı iyulda 18,9% artaraq 0,7 milyard avroya çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsinin məlumatında deyilir.

İyulda Rusiya mallarının Almaniyaya idxalı isə 6,5% azalaraq 0,1 milyard avroya enib. Bu da ötən ilin iyul ayı ilə müqayisədə 37,5% azdır.

Almaniyanın ticarət balansı bu ilin iyul ayında 16,8 milyard avro müsbət saldo ilə bağlanıb.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 848,2 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova

Seçilən
106
iqtisadiyyat.az

1Mənbələr