“Favoritimiz Bayden idi, indi isə Harris tərəfdəyik”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı rəyində bildirib. O, əlavə edib:
"Bizim favoritimiz hazırkı prezident Bayden idi. O, yarışdan kənarlaşdırıldı, lakin o, tərəfdarlarına Harrisi dəstəkləməyi tövsiyə etdi. Biz bunu belə bölüşürük. Harrisin gülümsəməsi təsir edicidir. Bu, onun yaxşı göründüyünü göstərir". vakansiya
Qeyd edək ki, Rusiya ABŞ-da prezidentlik yarışını diqqətlə izləyir.
Xatırladaq ki, ABŞ-da prezidentliyə namizədlər gələn həftə ilk dəfə canlı yayımda üz-üzə gələcəklər. Demokratların namizədi Kamala Harris səsvermədə üstünlüyünü qoruyaraq böyük matça çıxacaq. Respublikaçı namizəd Tramp isə fərqi aradan qaldırmaq üçün hər gün yeni vədlər əlavə edir.
Aytac Şahin
Telegram kanalımız