AZ

İsveç yığmasının kapitanı: "Azərbaycan 3 qol buraxdıqdan sonra da təslim olmadı"

İsveç milli komandasının kapitanı Deyan Kuluşevski Millətlər Liqasının C1 qrupunda Azərbaycan yığması ilə Bakıda keçirilən açılış oyununu (3:1) şərh edib.

Apasport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi komandasının qələbəsi barədə bunları deyib:

"Biz bilirdik ki, Bakıda bizi çətin oyun gözləyir. Bakıda meydan sahiblərinə qarşı oynamaq çox çətindir. Bunu ötən il də gördük. Onların kifayət qədər yaxşı oyunçuları var. Qələbə böyük çətinliklə əldə edildi. Rəqib üç qol buraxdıqdan sonra da təslim olmadı. Bu, qələbəni daha da şirin edir. Turnirin başlanğıcında vacib üç xalı qazandıq".

Qeyd edək ki, Azərbaycan millisi evdə İsveçə 1:3 uduzub.

"Neftçi"nin yeni sponsoru açıqlanıb

Gənc qız cüdoçularımız 25 ildən sonra rekordu təkrarlayıblar

"Qarabağ"ın futbolçusu millinin heyətindən çıxarılıb

Paris-2024: Medal sıralaması

U-21 millimiz Lüksemburq səfərində

Seçilən
114
1
apasport.az

2Mənbələr