AZ

“Fitch” borcun restrukturizasiyasından sonra Ukraynanın reytinqini yüksəldib

“Fitch” reytinq agentliyi cümə axşamı günü Ukraynanın uzunmüddətli yerli valyutada reytinqini “CCC-”dən “CCC+” səviyyəsinə yüksəldib, Banker.az bu barədə ProFinance saytına istinadən xəbər verir.

Bu, son on ildə ölkə üçün ikinci restrukturizasiyadır. Əvvəlki restrukturizasiya 2015-ci ildə Krımın itirilməsindən sonra həyata keçirilib.

“Fitch” proqnozlaşdırır ki, Ukraynanın ümumi dövlət borcu 2024-cü ilə qədər ümumi daxili məhsulun 89.6%-ni təşkil edəcək ki, bu da əvvəlki 92.5% proqnozundan çoxdur.

Beynəlxalq Valyuta Fondu (BVF) həmçinin Ukraynaya kreditləşdirmə proqramının beşinci baxışına başlayıb və bu proqram uğurlu olarsa, yaxın aylarda ölkə 1.1 milyard dollar yeni maliyyə vəsaiti ala biləcək.

Bununla belə, agentlik əlavə edib ki, uzun sürən müharibə, artan büdcə kəsiri və 2025-ci ildə maliyyələşmə ilə bağlı qeyri-müəyyənlik ölkə üçün əhəmiyyətli kredit riski yarada bilər.

Agentlik həmçinin borcun restrukturizasiyasının Ukraynanın davam edən restrukturizasiya prosesinin yalnız bir hissəsi olduğunu bildirib və ölkənin xarici valyutada uzunmüddətli reytinqini “məhdud defolt” səviyyəsində təsdiqləyib.

Seçilən
105
16
banker.az

10Mənbələr