Avropa Komissiyası (AK) Ukraynaya enerji infrastrukturu üçün 40 milyon avro ayırıb.
“Far.Az” TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyib.
“Temperaturlar tezliklə aşağı düşəcək. Buna görə də ehtiyacı olan ukraynalılara humanitar yardımı artırırıq. Buraya təmir işləri, elektrik, istilik və sığınacaq üçün 40 milyon avro dəyərində yeni bir paket daxildir”, - paylaşımda qeyd edilib.