AZ

Avropa İttifaqı 60 min ukraynalı hərbçiyə təlim keçib

Avropa İttifaqı ölkələri 2022-ci ilin noyabr ayından bəri Aİ ərazisində Ukrayna Silahlı Qüvvələrinin 60 minə yaxın hərbi qulluqçusuna təlim keçib. Qışın sonunadək daha 15 min ukraynalı hərbçiyə təlim keçilməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki, Avropa Komissiyasının (AK) mətbuat xidməti bu barədə AK rəhbərinin müavini Valdis Dombrovskisə istinadla məlumat yayıb.

Məlumata görə, missiyanın yeni hədəfi qışın sonunadək daha 15 min ukraynalı hərbçiyə təlim keçməkdir. Beləliklə, Ukrayna Silahlı Qüvvələrinin Avropa İttifaqında təlim keçən hərbçilərinin sayı 75 minə çatacaq.

Bəyanatda, həmçinin vurğulanır ki, missiya öz fəaliyyətini Ukraynanın münaqişə zamanı dəyişən ehtiyaclarına uyğunlaşdırmaq niyyətindədir.

Qeyd edək ki, Avropa İttifaqının diplomatik xidməti missiyanın müddətini 2026-cı ilin noyabrınadək uzatmağı tövsiyə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
ikisahil.az

10Mənbələr