AZ

Ukrayna generalı Kurskdakı beş əsas hədəfi açıqladı

Ukrayna Rusiyanın Kursk vilayətindən yeni hücum üçün tramplin kimi istifadə etməsinə imkan verməməlidir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin regiona girməsində məqsəd Rusiya qoşunlarını başqa rayonlardan yayındırmaq, artilleriya zərbələrinin qarşısını almaq üçün bufer zona yaratmaq, hərbi əsirləri götürmək və Ukrayna ordusunun və ölkənin mənəvi-psixoloji vəziyyətini yüksəltməkdir. O, rus qoşunlarının Kursk vilayətindən Ukraynaya yeni hücuma hazırlaşdığını bildirib.

“Bu, düşmənin hücum təhlükəsini azaldıb. Biz onların hərəkət etməsinə imkan vermədik. Döyüşləri düşmən ərazisinə keçirdik ki, onlar bizim hər gün keçirdiklərimiz hiss etsin”, - deyə ukraynalı general bildirib.

O, Ukrayna Silahlı Qüvvələrinin strateji əhəmiyyətli şəhər olan Pokrovsk ərazisində böyük təzyiq altında olduğuna aydınlıq gətirib. Onun sözlərinə görə, Rusiya ordusunun bölgəyə hücumu dayandırılıb.

Musavat.com

Seçilən
139
50
musavat.com

10Mənbələr