Azərbaycanın daha iki gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, bunlar Vüsal Qələndərzadə (73 kq) və Süleyman Şükürovdur (81 kq).
Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.