AZ

Jurnalist Azər Rəşidoğlu palataya köçürülüb - YENİLƏNİB

Azər Rəşidoğlu aqressiv fibromatoz diaqnozu ilə dünən xəstəxanaya yerləşdirilib, bu gün günorta saatlarında əməliyyat olunub.

APA xəbər verir ki, bu barədə jurnalist Rəsul Mirhəşimli bildirib:

"Həkimlər cərrahiyyə əməliyyatının çox uğurlu keçdiyini bildirib. Azər Rəşidoğlu artıq bu dəqiqələrdə palataya köçürülüb, özünü yaxşı hiss edir. Həkimlər onun vəziyyətinin yaxşı olduğunu nəzərə alıb, reanimasiyada saxlamağı məsləhət bilməyiblər".

***

16:13

Jurnalist Azər Rəşidoğlu bu gün Milli Onkologiya Mərkəzində əməliyyat olunub.

Bu barədə Mərkəzdən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, onun əməliyyatı uğurlu keçib:

“Hazırda vəziyyəti qənaətbəxşdir. Gün ərzində palataya köçürüləcək”.

Seçilən
144
4
apa.az

10Mənbələr