AZ

Yeganə Hacıyeva: Sabit və dayanıqlı sülh sazişi üçün hüquqi maneələr olmamalıdır

Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında bildirib ki, biz Cənubi Qafqazda sülhə nail ola bilərik və bu gün Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində aparılan danışıqlarda görürük ki, bu mümkündür. Sülh müqaviləsinin mətnin təqribən 80 faizinin artıq razılaşdırıldığını vurğulayan dövlət başçısı qeyd edib ki, Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq. Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlilik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək. 

Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri, politoloq Yeganə Hacıyeva “Sherg.az”a söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində Beynəlxalq Çernobbia Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı ssesiyada səsləndirdi ki, rəsmi İrəvan və Bakı arasında sülh sazişinin 80 faizi razılaşdırıb və geriyə 20 faizi qalıb:

"Yerdə qalan 20 faizə isə hüquqi məsələlərin həlli üzərindən Ermənistanın təşəbbüslərinə aiddir. Hüquqi məsələlər  Ermənistanın konstitusiyasının bəndləri ilə əlaqədar məsələlərdir. Ermənistanın konstitusiyasında faktiki olaraq Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiası mövcuddur. Həmçinin Ermənistan konstitusiyasının preambula hissəsində Azərbaycan ərazisi olan Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müstəqillik bəyannaməsinə istinad var və hazırda da konstitusiyanın preambulasında həmin sənəd yer alır. 2023-cü ilin sentyabrında həmin dırnaqarası qurum özünü buraxdı və sözügedən müstəqillik bəyannaməsi əslində ləğv olundu. Yəni həmin bəyannamənin onsuz da beynəlxalq hüquqla gücü yox idi, çünki bu separatizmin elan olunması idi. Keçən ildən sonra isə ümumiyyətlə əhəmiyyəti qalmayıb. Buna baxmayaraq Ermənistan konstitusiyasında həmin bəyannaməyə hələ də istinad mövcuddur. 

Politoliq qeyd edib ki, konstitusiyanın preambulası konstitusiya sənədinin təsviri deməkdir:
“Demək ki, Ermənistan konstitusiyasının mahiyyəti doğru deyil. Eyni zamanda beynəlxalq hüquqa ziddir və hüquqi cəhətdən yararsızdır. Ona görə də təkcə Azərbaycanın sülh şərti olaraq deyil, həmçinin sadaladığımız digər səbəblərə görə də Ermənistan öz konstitusiyasını mütləq dəyişməlidir. Sabit və dayanıqlı sülh sazişi üçün hüquqi maneələr olmamalıdır. Çünki bütün proseslərin aqibətini yekunda hüquqi məsələlər müəyyən edir".
Seçilən
139
sherg.az

1Mənbələr