AZ

Nəsrulla Yaqub Kəngərlinin xatirəsi əbədiləşdiriləcək

Nəsrulla Yaqub Kəngərlinin xatirəsi əbədiləşdiriləcək.


APA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.


Qərara əsasən, XX əsr Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, əməkdar inşaatçı, SSRİ Dövlət mükafatı laureatı Nəsrulla Yaqub oğlu Kəngərlinin xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:


Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Nəsrulla Yaqub oğlu Kəngərlinin Bakı şəhərində yaşadığı binaya (İnşaatçılar prospekti ilə Bəsti Bağırova küçəsinin kəsişməsində yerləşən) xatirə lövhəsinin vurulmasını təmin etsin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
30
apa.az

10Mənbələr