AZ

"Boka Xuniors"dan İstanbul nəhənginə

"Boka Xuniors"un yarımmüdafiəçisi Kristian Medina karyerasını "Fənərbağça"da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O tərəflərin  yarımmüdafiəçinin transferi ilə bağlı tam razılığa gəldiklərini və transfer məbləğinin bonuslar daxil olmaqla 15 milyon dollar olacağını və oyunçunun özünün isə İstanbul klubu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan əmək müqaviləsini imzalayacağını qeyd edib.

Argentina çempionatında Medina 18 oyuna çıxıb, üç qol vurub və iki məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
90deqiqe.az

1Mənbələr