AZ

Elan saytlarında əmlak satışı və kirayəsini həyata keçirən saxta elanlarla bağlı ARAŞDIRMA VİDEO

Əmlak satışı və kirayəsini həyata keçirən saytlara saxta elanlar yerləşdirilir.

Xezerxeber.az xəbər verir ki, yeni tədris ili öncəsi kirayə ev axtaranların sayının artmasını fürsət bilən kiberdələduzlar saxta elanlar yerləşdirərək vətəndaşlardan beh və ya ilk ayın ödənişini tələb edərək onların pulunu mənimsəyirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, dələduzlar vətəndaşın inamını qazanmaq üçün onlara şəxsiyyət vəsiqəsi şəkli göndərirlər.

Nazirliyin əməkdaşı qeyd edib ki, yeni tədris ili öncəsi vətəndaşlar arasında artıq dələduzların qurbanına çevrilmiş şəxslər də var.

Hər bir halda vətəndaşlar onlayn şəkildə paylaşılan elanların, orada yerləşdirilən bahalı evlərin ucuz qiymətinə aldanaraq möhtəkirlərin qurbanına çevrilməməli və bu kimi hadisələrə qarşı ayıq-sayıq olmalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
138
43
xezerxeber.az

10Mənbələr