AZ

Belarusda saxlanılan Yaponiya vətəndaşına qarşı ittiham irəli sürülüb

Belarusda saxlanılan Yaponiya vətəndaşı Masatoşi Nakanişi məxfi fəaliyyətdə ittiham olunub.

NOCOMMENT.az xəbər verir ki, bunu Belarus-1 telekanalının efirində Belarus Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) istintaq şöbəsinin rəhbəri Konstantin Bıçek bildirib.

Qeyd olunur ki, Nakanişi DTK-nın istintaq təcridxanasında saxlanılır, “o, istintaqla fəal əməkdaşlıq edir və qanunsuz fəaliyyəti ilə bağlı ətraflı ifadələr verir”.

Bundan əvvəl Belarus ərazisində yapon kəşfiyyatçısının saxlandığı barədə məlumat yayılmışdı. Agent ölkədəki ictimai-siyasi vəziyyət haqqında məlumat toplayır, hərbi infrastrukturun fotolarını çəkir və Ukrayna ilə sərhəddə baş verənlərlə bağlı məlumat toplayırdı. Yaponiya səfirliyi Yaponiya vətəndaşının Belarus ərazisində saxlanılması faktını təsdiqləyib.

Seçilən
214
50
nocomment.az

10Mənbələr