AZ

Ukraynaya enerji infrastrukturu üçün 40 milyon avro ayırılıb



Avropa Komissiyası (AK) Ukraynaya enerji infrastrukturu üçün 40 milyon avro ayırıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen məlumat verib. Ursula fon der Lyayen Ukraynanın enerji infrastrukturunun təcili təmirə ehtiyacı var:

"Temperaturlar tezliklə aşağı düşəcək, buna görə də ehtiyacı olan ukraynalılara təmir, elektrik, istilik və mənzil üçün 40 milyon avroluq yeni bir paketlə humanitar yardımı artırırıq" deyə Ursula fon der Lyayen bildirib.

Mehman Mehdiyev
Seçilən
162
30
newscenter.az

10Mənbələr