AZ

"Mubadala" "Getir"in nəzarət səhmlərini alır

Əbu-Dabidə yerləşən investisiya şirkəti "Mubadala Investment Company",  Türkiyənin "Getir Perakende Lojistik Anonim Şirketi"nə tək nəzarəti ələ keçirmək üçün ölkənin Rəqabət Qurumuna müraciət edib.

Marja xəbər verir ki, mövzu ilə bağlı məlumat Türkiyənin Rəqabət Qurumunun saytında dərc olunub.

"Getir" iyunun 24-də 250 milyon dollarlıq yeni investisiya aldığını açıqlamışdı.

Bu sərmayədən sonra strateji yenilənmədən keçən "Getir", iki ayrı qrup olaraq fəaliyyətini davam etdirəcəyini açıqlamışdır. Bildirilmişdi ki, birinci qrup “Getir”in Türkiyədəki onlayn market (online marke) və qida çatdırılması xidməti biznesinə diqqət yetirəcəksə, ikinci qrup isə "Getir"in ABŞ-da e-ticarət, maliyyə, mobillik və FreshDirect daxil olmaqla digər fəaliyyətlərini həyata keçirəcək.

Digər tərəfdən, "Getir"in hazırkı səhmdarlarından biri olan "Mubadala Investment Company"nib şirkətə əlavə sərmayə yatıracağı və "Getir"in Türkiyədəki onlayn market və qida çatdırılması xidməti biznesinin əksər hissəsini alacağı bildirilmişdi.

"Mubadala" Birləşmiş Ərəb Əmirliklərində və ölkə xaricində müxtəlif aktivlər portfelini idarə edən investisiya şirkətidir.

mubadala gedir
Seçilən
90
marja.az

1Mənbələr