AZ

Azərbaycan şirkəti çoxsaylı işçilər axtarır - MAAŞ 1000 MANAT - 26 VAKANSİYA

Company

Hüquqşünas (Lerik, Şirvan, Lənkəran, Zərdab, Bərdə, Oğuz, İmişli, Göyçay, Tovuz, Saatlı, Qəbələ, Şamaxı, Ağcabədi, Qusar, Şəki, Kürdəmir)

 Son tarix 01 okt 2024 [email protected]

Şirkətimizin bölgələrdəki (Lerik, Şirvan, Lənkəran, Zərdab, Bərdə, Oğuz, İmişli, Göyçay, Tovuz, Saatlı, Qəbələ, Şamaxı, Ağcabədi, Qusar, Şəki, Kürdəmir) ofislərində hüquqşünas vakansiyaları mövcuddur. Müraciət etmək üçün vəzifə öhdəlikləri və namizədə qarşı tələblərlə tanış olun:

Ümumi vəzifə öhdəlikləri:

  • Şirkətin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi, hüquqi sənədlərin hazırlanması prosesində iştirak etmək;
  • Sənədlərin təhlili, hüquqi araşdırılması, akt və sərəncamların, normativ hüquqi sənədlərin ekspertizasında iştirak;
  • Hüquqi sənədlərin layihələrinin hazırlanmasında iştirak;
  • Görüş, iclas və təqdimatların təşkili, iştirak;
  • Problemli müştərilər ilə görüşlərdə iştirak, onların müraciətlərinin qəbulu və araşdırılması;
  • Hesabatların hazırlanması və təqdim edilməsi
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
  • Vəzifə öhdəlikləri çərçivəsində rəhbərin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.

 

Namizədə qarşı tələblər:

  • Hüquq sahəsində ali təhsil;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, hüquqi ekspertiza etmək bacarıqları;
  • Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Aktiv, məsuliyyətli və nəticəyə yönəlmə bacarığı;
  • Yüksək araşdırma və tədqiqat bacarığı;
  • Məntiqi təfəkkür və hüquqi təhlil, tətbiq bacarığı;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
  • Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Təklif olunan əmək haqqı:  1000 AZN (Net)

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron poçt ünvanına email-in mövzu hissəsində “Hüquqşünas” yazaraq göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 05 oktyabr 2024-cü il tarixidir.

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır. 

 

Baş mühasib (Şəki, Qax, Balakən, Ağcabədi, Zərdab, Lənkəran, Astara, Şamaxı)

 Son tarix 01 okt 2024 [email protected]

Ümumi vəzifə öhdəlikləri:

  • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və köçürülməsini təmin etmək;
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əmək haqqının hesablanılması və ödənilməsi, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
  • təhvil-təslim aktlarının, müqavilələrin hazırlanması;
  • Məzuniyyət, xəstəlik vərəqələrinin və son haqq-hesabın hesablanması;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclər smetasının hazırlanmasını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkili və nəzarət edilməsi;

Namizədə olan tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
  • Müvafiq sahə üzrə ən az 1 il təcrübə (əmək kitabçası ilə rəsmi iş təcrübəsi olmalıdır);
  • Müvafiq sahə üzrə ən az 2 il təcrübə (baş mühasib vakansiyası üzrə - əmək kitabçası ilə yoxlanılacaq);
  • Dil biliyi: Azərbaycan dili (rus və ingilis dili arzuolunandır);
  • Komputer biliyi: MS Office və 1 C 8.3 proqramı biliyi;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Kollektivdə işləmək bacarığı;
  • Vergi Məcəlləsi üzrə biliklər;
  • İdarəçilik bacarıqları (baş mühasib vakansiyası üzrə);
  • Peşəkar Mühasib Sertifikatı (baş mühasib vakansiyası üzrə);
  • Dövlət orqanlarına hesabatların təqdim etməyi bacarmalı (DSMF, Statistika və s)
  • Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını bilməli;

Təklif olunan əmək haqqı:  1000 AZN (Net)

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına email-in mövzu hissəsində “Mühasib” və ya “Baş mühasib” yazaraq göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 05 oktyabr 2024-cü il tarixidir.

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.  

Seçilən
180
50
fed.az

10Mənbələr