AZ

"Ulduz Cup"a yekun vurulub

12 yaşadək futbolçular arasında təşkil olunan "Ulduz Cup" beynəlxal turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, yarışın həlledici oyununda “Ulduz” FA və “Dinamo Minsk” komandaları qarşılaşıblar.

Belarus futbolçuları Quba Olimpiya İdman Kompleksində keçirilən turnirin qalibi olublar. "Dinamoçular" finalda 6:0 hesabı ilə qələbə qazanıblar.

Üçüncü yer uğrunda oyunda “Bunyodkor” (Özbəkistan) “Saburtalo”dan (Gürcüstan) güclü olub.

Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
1
idman.biz

3Mənbələr