AZ

Əlcəzair sabah prezident seçir

Əlcəzairdə təxminən 24 milyon seçici sabah yeni prezidentləri seçmək üçün səsverməyə hazırlaşır.

Sabah (sentyabrın 7-də) keçiriləcək prezident seçkilərində indiki prezident Əbdülməcid Tebbun, Sosialist Qüvvələr Hərəkatından (FFS) Yusuf Uşiş və Sülh Cəmiyyəti Hərəkatından (MSP) Əbdüləəli Həsəni Şərif yarışacaq.

Xaricdəki Əlcəzairlilər sentyabr 2-dən etibarən ölkələrindəki diplomatik nümayəndəliklərdə açılan seçki qutularına gedərək səs verməyə davam edir.

Ölkə daxilində Müstəqil Seçki Şurasının müəyyən etdiyi seçki qutularında səs vermək hüququna malik olan təxminən 24 milyon Əlcəzairli var.

Təhlükəsizlik qüvvələri də seçki prosesinin sağlam keçirilməsi üçün hazırlıqlarını davam etdirir.

***

2019-cu ildə Əlcəzairdə kütləvi ictimai etirazlar nəticəsində 20 illik hakimiyyətdən sonra istefa verməli olan Əbdüləziz Buteflikadan sonra Əbdülməcid Tebbun seçkilərdə qalib gələrək prezident olub.

Hazırda vəzifədə olan 78 yaşlı prezident Tebbun daha bir müddət vəzifəsini davam etdirmək üçün müstəqil namizəd kimi iştirak edərkən, ordunun, medianın, dini icmaların, sahibkarların və bəzi siyasi partiyaların dəstəyini aldığı və seçkidə favorit kimi göründüyü bildirilir.

Əlcəzairin ən böyük islam yönümlü partiyası olan və parlamentdə 65 deputatı olan MSP ana müxalifət partiyası da 57 yaşlı mühəndis Əbdüləli Həsəni Şərifin namizədliyini irəli sürüb.

Parlamentdə 26 millət vəkili olan FFS-in baş katibi Yusuf Uşuşi keçmiş jurnalist və millət vəkili kimi namizədlər arasındadır.

Seçilən
186
7
vaxt.az

7Mənbələr