Amerikalı hərbçilər ABŞ-də yaşayan keçmiş pilotları Rumıniyadakı hava
bazasında işləmək üçün bu ölkəyə gətirirlər. Bu barədə Rusiya mediası məlumat
yayıb. Qeyd edilib ki, keçmiş pilotlar fəal şəkildə hərbi proseslərə cəlb edilirlər. Onlar burada Ukrayna Silahlı
Qüvvələrinin pilotlarına F-16 qırıcılarını idarə etmək üçün təlimlər keçirlər.
Məlumata görə hərbi aviasiya sahəsində böyük şirkətlərdən olan Fraken İnternational rəsmi veb saytında F-16 pilot təlimatçısı ilə bağlı vakansiyalar yerləşdirib. Bundan əlavə, F-16 mexanika və texniki xidmət mütəxəssisləri üçün də axtarışlar elan edilib: "Vakansiyaları analiz edəndə belə qənaətə gəlmək olar ki, şirkət Rumıniyada F-16 qırıcılarının idarə olunması üçün pilotların hazırlanmasına dair təlim bazasının təminatını həyata keçririr”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural