AZ

9 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb    

Naxçıvanda 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

 

Qeyd olunub ki, bu gün Babək rayon Zeynəddin kəndində 2015-ci il təvəllüdlü H. T-nı yaşadığı evində elektrik cərəyanı vurub və o, hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
199
50
azedu.az

10Mənbələr