AZ

DÇ-2026: Argentina 3, Braziliya tək qolla sevindi - Video

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika üzrə seçmə mərhələsində 7-ci turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

Uruqvay – Paraqvay matçında qalib müəyyənləşməyib. Peru – Kolumbiya matçında da bərabərlik qeydə alınıb.

Boliviya yığması doğma meydanda Venesuelanı 4 cavabsız qolla üstələyib.

Dünya çempionatının və Amerika Kubokunun sonuncu qalibi Argentina yığması da Çili ilə ev oyununda darmadağına imza atıb. Braziliya millisi isə Ekvadoru minimal hesabla üstələyib.

2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci və altıncı yerləri tutacaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Turnir 2025-ci ilin sentyabrında başa çatacaq. Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 komanda çıxış edəcək.

DÇ-2026-nın seçmə mərhələsi
7-ci tur
7 sentyabr

Uruqvay – Paraqvay 0:0

Braziliya – Ekvador 1:0
Qol: Rodriqo, 30.

Peru – Kolumbiya 1:1
Qollar: Kalyens, 68 – L.Dias, 82.

Argentina – Çili 3:0
Qollar: Makallister, 48. X.Alvares, 84. Dibala, 90+1.

Boliviya – Venesuela 4:0
Qollar: Vaka, 13. Alqaranas, 45+5-pen. Migelito, 46. E.Monteyro, 89.

Xal: Argentina – 18. Uruqvay – 14. Kolumbiya – 13. Braziliya – 10. Venesuela – 9. Ekvador – 8. Paraqvay – 6. Boliviya – 6. Çili – 5. Peru – 3.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
21
arena.az

10Mənbələr