AZ

"Paşinyan Zəngəzur dəhlizini rusların əli ilə türklərə verəcək" - Erməni politoloq

"İran öz maraqlarını müdafiə edir". 

"Unikal" xəbər verir ki, bunu erməni politoloq Qaqik Hambaryan deyib.

"Bu günlərdə Rusiya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona bildirilib ki, İran Qafqaz regionunda geosiyasi dəyişikliklərin əleyhinədir. Mətbuat bu yaxınlarda Moskvanın Ermənistan ərazisindən Bakı ilə Naxçıvanı birləşdirən dəhlizə dəstək verməsindən sonra İran Xarici İşlər Nazirliyi Rusiyanın Tehrandakı səfirini görüşə çağırıb. Dünən İranın xarici işlər naziri özünün X mikrobloqunda yazıb ki, qonşuların ərazi bütövlüyünə hər hansı təhlükə İran üçün qırmızı xəttdir.

İranda çox gözəl başa düşürlər ki, Qarabağda baş verənlərlə Zəngəzur dəhlizində də eyni şey olacaq. Nikol Paşinyan çox peşəkarcasına rusların əli ilə o dəhlizi türklərə verəcək", - deyə Qaqik Hambaryan qeyd edib. 

Politoloq Zəngəzur dəhlizinin veriləcəyi təqdirdə Ermənistanın Cənubi Qafqaz Suriyasına çevriləcəyini istisna etməyib. 

Ağarza Elçinoğlu 

Seçilən
118
50
unikal.az

10Mənbələr