İran tərəfi Rusiyaya 112 kilometrlik məsafədəki hədəfə çatmağa qadir olan 200 ədəd "Fath-300" tipli ballistik raket göndərib.
APA xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
Məqalədə iddia olunur ki, bu raketlərin ardınca adı çəkilən ölkəyə 500 kilometrlik məsafədəki obyektlərin vurulmasını təmin edəcək silah-sursatın tədarükü nəzərdə tutulur.
Xatırladaq ki, bir qədər əvvəl Böyük Britaniya Ukraynaya verdiyi "Storm Shadow" tipli raketlərdən Rusiya ərazisinə zərbə endirməyə icazə verilməsinin müzakirə olunduğunu açıqlayıb.