Azərbaycanın minifutbol komandaları "Birbaşa Bakı" və "AzNur" bu gün Çempionlar Liqasında üz-üzə gələcəklər.
QOL.az xəbər verir ki, təmsilçilərimiz Polşanın paytaxtı Varşavada keçirilən turnirin 1/8 finalında qarşılaşacaqlar.
Oyun Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.
Qeyd edək ki, “AzNur” C qrupunu 5 xalla üçüncü pillədə başa vurub. Eyni xalı toplayan “Birbaşa Bakı” isə E qrupunda lider olub.