AZ

Gecəsi gündüzünə qarışan İran

İran rəsmiləri dünən (sentyabrın 6-da) Rusiyanı öz ölkələrinin Cənubi Qafqazdakı maraqlarını təhdid etməkdə ittiham edib və “silahlı qüvvələri geosiyasi dəyişikliklərə qarşı durmağa” çağırıblar.

Qanunun faydalarının müəyyənləşdirilməsi şurasının üzvü Muhsin Rizai bildirib ki, Moskvanın Cənubi Qafqazda Zəngəzur dəhlizinin açılması tələbi tamamilə qəbuledilməzdir.

Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının keçmiş rəhbəri Haşmetullah Fəlahətpişe, “Vladimir Putin İranın ABŞ ilə əlaqə kanalları yaratmasının qarşısını almaq üçün qabaqlayıcı zərbələr endirir. Tehran, nüvə sazişinin Ukrayna qırğınına qurban verilməsinin şahidi olana qədər Moskvaya boyun əyməli idi”, – deyib.

Deputat Əhməd Naderi “İranın maraqlarına toxunan əvvəlki hadisələrdə Rusiyaya lazımi cavabın verilməməsi rusları ruhlandırıb”, –deyib.

Naderi hökuməti istehza edənlərə güzəştə getməməyə, silahlı qüvvələri isə geosiyasi dəyişikliklər illüziyalarına cavab vermək üçün aydın plana malik olmağa çağırıb.

Xatırladaq ki, Prezidenti İlham Əliyev dünən (sentyabrın 6-da) İtaliyanın Cernobbio şəhərində keçirilən Ambrosetti Forumunda Ermənistanın işğalına son qoyaraq ərazi bütövlüyümüzü bərpa etməklə müharibənin başa çatdığını bildirmişdi: “Sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb. Ümid edirik ki, danışıqlar sülh sazişinin imzalanması ilə nəticələnəcək”.

Qeyd edək ki, sülh sazişində Azərbaycanı tarixi ərazisi Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bənd var. Görünür öz ərazimizə heç kimdən asılı olmadan gedib-gəlmək, 40-50 km-lik dəhlizlə Türk dünyasını birləşəcək yol Fars-molla rejiminin gecəsini-gündüzünə qatıb, rahatlıq vermir.

Seçilən
106
vaxt.az

1Mənbələr