AZ

ABŞ qoşunlarını İraqdan çıxarır, plan təsdiq olundu

ABŞ və İraq hökumətləri Amerikanın rəhbərlik etdiyi koalisiya qüvvələrinin çıxarılması planı ilə bağlı razılığa gəliblər.

Azpost.info  bildirir ki, bu barədə Reuters öz mənbələrinə istinadən məlumat yayıb.

Plana əsasən, yüzlərlə hərbçi 2025-ci ilin sentyabrına, qalanları isə 2026-cı ilin sonuna qədər ölkəni tərk edəcək.

Koalisiya qüvvələri 2014-cü ildən İŞİD -ə  qarşı mübarizə aparmaq üçün yerləşdirilib. Terrorçular nəzarət etdiyi ərazidən çıxarıldıqdan sonra da orada qalıblar.

Vaşinqton və Bağdad ordunun gələcək rolunu müzakirə edirlər. Agentlik həmçinin bildirib ki, iki hökumət ABŞ qoşunlarının çıxarılmasından sonra İraqda qalmağa imkan verəcək  yeni məşvərət keçirmək niyyətindədir.

Seçilən
309
49
azpost.info

1Mənbələr