AZ

COP29 Azərbaycan Sədrliyinin ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri üçün ikinci brifinqi keçirilib

Sentyabrın 6-da COP29 Azərbaycan Əməliyyat Şirkəti (ƏŞ) Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri üçün COP29 konfransına hazırlıq prosesi və tədbir planları ilə əlaqədar ikinci brifinqini keçirib. 

Bu barədə "Operativ Media"ya COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat ofisindən məlumat verilib. 

Bildirilib ki, tədbirdə COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini Ramin Tağıyev, həmçinin Bakıda rəsmi səfərdə olan UNFCCC Konfrans İşləri Şöbəsinin direktoru Wasim Mir və BMT-nin Təhlükəsizlik departamentinin nümayəndəsi Kevin O’Hanlon iştirak ediblər. Hibrid formatda təşkil edilən interaktiv brifinqə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbər şəxsləri ilə yanaşı, ölkəmizdə akkreditə olunmuş və xarici ölkələrdə yerləşən diplomatik korpusun nümayəndələri də daxil olmaqla, ümumilikdə 150-dən artıq diplomat qoşulub.

Seçilən
119
26
operativmedia.az

10Mənbələr