AZ

İrandan Zəngəzur dəhlizi ilə bağlı SƏRT AÇIQLAMA

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi İSNA-ya müsahibəsində Zəngəzur dəhlizinin İran üçün kritik bir xətt olduğunu bildirib.

Musavat.com xəbər verir ki, bu barədə erməni telegram kanalları yayıb.

O vurğulayıb ki, belə bir dəhlizin yaradılmasına yönəlmiş istənilən dəyişiklik və ya hərəkətlər İran tərəfindən qəti reaksiya ilə qarşılanacaq.

İranlı deputat Putin və Ərdoğanla görüşündə İranın Qafqazda geosiyasi dəyişikliklərə qarşı olduğunu vurğulamasına münasibət bildirərək deyib:

“Biz müxtəlif formalarda region ölkələrinə dəfələrlə bildirmişik ki, bu dəhliz İranın qırmızı xətti hesab olunur və İranın hər hansı dəyişiklik və hərəkəti bu məsələdə ciddi və sərt reaksiya ilə üzləşəcək”.

O, Rusiya rəsmilərinin “Zəngəzur dəhlizi”nin yaradılması və Azərbaycanla Türkiyə ilə əməkdaşlıqla bağlı bəyanatlarına da münasibət bildirib və qeyd edib ki, bu regionda geosiyasi dəyişikliklər region ölkələrinin maraqlarına uyğun deyil və İran qəti şəkildə əleyhinədir.

Əzizi bəzi ölkələrdə Böyük Turanın yaradılması ilə bağlı əsassız fikirlərin olduğunu və “Zəngəzur dəhlizi”nin uydurma olduğunu qeyd edib. O, xəbərdarlıq edib ki, bu cür illüziyaların arxasınca gedənlər ağır nəticələrlə üzləşəcəklər. Onun sözlərinə görə, İran Xarici İşlər Nazirliyi bu məsələ ilə fəal məşğul olmalıdır. İran heç bir halda regionda gərginlik yaratmağa çalışmır, əksinə, öz ərazi bütövlüyünü qətiyyətlə müdafiə edəcək.

İranlı deputatın açıqlamasını Ermənistan KİV-ləri elə sürətlə tirajlayırlar, sanki toy-bayram ab-havası var.

Qeyd edək ki, bu, son bir həftədə İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı üçüncü səs-küylü bəyanatıdır. Bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani və xarici işlər naziri Abbas Araqçi də oxşar açqılama ilə çıxış ediblər.

 

Seçilən
227
50
hurriyyet.az

10Mənbələr