AZ

"Anam üçüncü dəfə övlad itkisi yaşadı"

"Anam üçüncü dəfə övlad itkisi yaşadı""Canım qardaşım, 40 gündür ki, bizdən ayrılmısan. Evin hər yerində, gözümüz səni axtarır... Sənin vəfatınla anamız üçüncü dəfə övlad itkisini yaşadı".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehruban Xanlarova sosial şəbəkə hesabında yazıb. Aktrisa bir müddət əvvəl dünyasını dəyişən qardaşı ilə bağlı paylaşımpnda bunları əlavə edib:

"Sənin üçün dilsiz axıtdığı göz yaşlarına ürəyim parçalanır... Məni tanıyan hər kəs bilir ki, bütün xoşbəxtliyimi ailəmin yolunda qurban vermişəm. Sənətdə xoşbəxt olsam da şəxsi həyatımda acıların qadınıyam. Allah bütün dünyadan köçənlərə, qəni-qəni rəhmət eləsin".

Aktrisa qardaşı üçün şeir də yazdırdığını bildirib.

Seçilən
125
4
sonxeber.az

5Mənbələr