AZ

İran Rusiyaya yüzlərlə ballistik raket göndərib- “The Wall Street Journal”

İran Rusiyaya bir neçə yüz qısa mənzilli ballistik raket verib.

Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” yüksək rütbəli ABŞ və Avropa rəsmilərinə istinadən yazır.

Mənbə bildirib ki, silahlar artıq Rusiyaya gəlib. Həmçinin, onun sözlərinə görə, Tehran Moskvaya mərmi tədarükünü davam etdirmək niyyətindədir.

İran silahlarının təhvil verilməsi Rusiya ordusu tərəfindən Ukraynada mülki infrastrukturun atəşə tutulmasının artması ilə eyni vaxta düşüb. Avqustun sonundan bu yana hücumlarda onlarla mülki şəxs həlak olub. Qərb bundan əvvəl İrana xəbərdarlıq etmişdi ki, əgər Rusiyaya raket tədarük edərsə, ona qarşı əlavə sanksiyalar tətbiq olunacaq.

Azpost.info

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
31
azpost.info

6Mənbələr