AZ

U-21 millisinin oyununa hakim təyinatları açıqlandı

style='margin-bottom:10px;'>

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan U-21 - Serbiya U-21 oyunu üçün hakim təyinatları açıqlanıb.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Fransa Futbol Federasiyasından Bastyen Deşepi idarə edəcək.Ona həmyerliləri Aleksis Oje və Parin Le Telye köməklik göstərəcək. Dördüncü hakim funksyasını Floren Batta yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 10-da Bakıdakı "Dalğa Arena"da keçiriləcək matç saat 19:00-da başlayacaq.

Seçilən
173
10
teleqraf.com

10Mənbələr