AZ

Pakistanda 33 şübhəli terrorçu həbs edilib

Pakistanın Pəncab əyalətində əməliyyatlar nəticəsində terrorçuluqda şübhəli bilinən 33 nəfər həbs edilib.

APA xəbər verir ki, bu barədə “Dawn” məlumat yayıb.

Pəncab Terrorla Mübarizə İdarəsi (CTD) bildirib ki, son bir ay ərzində əyalətdə həyata keçirilən 475 kəşfiyyata əsaslanan əməliyyatda 33 şübhəli terrorçu həbs edilib.

Qeyd edək ki, terrorla mübarizə səyləri ölkə daxilində artan təhlükəsizlik narahatlıqları fonunda həyata keçirilir.

Məlumatda bildirilir ki, Pakistanda terror aktlarının sayı artıb, avqust ayında ölkə üzrə ümumilikdə 59 terror aktı baş verib.

Seçilən
127
8
apa.az

9Mənbələr