AZ

Tacikistanda zəlzələ oldu


Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində 5 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin seysmik proqnozlaşdırma mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 17:09-da (Bakı vaxtı ilə 16:09 – red.) qeydə alınıb, mənbə 200 km dərinlikdə olub.
Mərkəzin açıqladığı koordinatlara əsasən, zəlzələnin episentri rayonun inzibati mərkəzi, 30 minə yaxın insanın yaşadığı Xoroq şəhərindən təxminən 40 km aralıda dağlarda yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Seçilən
37
30
yeniavaz.com

10Mənbələr