AZ

İrəvan Putinin həbsini dəstəkləyən sənəddən imzasını geri götürdü


“İrəvan Avropa Şurasının (AŞ) Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin orderini dəstəkləyən bəyannamədən imzasını geri götürdü”.
Yeniavaz.com
“Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
“Badalyan Ermənistanın əvvəldən bəyannaməyə qoşulmadığını təsdiqləyib”, - məlumatda deyilir.
Eyni zamanda, respublika hakimiyyət orqanları bu mövzuya rəsmi münasibət bildirməyiblər.
Xatırladaq ki, daha öncə AŞ-nin saytında Ermənistan və Gürcüstanın bəyannamə imzaladığı barədə məlumat yayılmışdı. Lakin sonradan İrəvanın imzasını geri götürdüyünə dair mesaj dərc olunub.
Qeyd edək ki, 2023-cü il martın 17-də BCM Putinin həbsinə order verib. Bu qərar Ukraynadakı vəziyyətlə əlaqədar qəbul edilib. Rusiya Roma Statutunun tərəfi deyil və BCM-nin qərarını tanımır. Bəyannaməni Ermənistan və Gürcüstanla yanaşı, Litva, Latviya, Estoniya, Ukrayna və Moldova, həmçinin ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya və bir sıra digər ölkələr dəstəkləyib. Eyni zamanda Azərbaycan, Türkiyə, Macarıstan, Bosniya və Herseqovina, Slovakiya və Serbiya sənədi dəstəkləməyiblər.
Seçilən
251
50
yeniavaz.com

10Mənbələr