AZ

Keniyada uşaq yataqxanasında baş verən yanğında ölənlərin sayı 21 nəfərə çatıb

Bakı. Trend:

Nyeri qraflığında yataqxanada baş verən yanğın nəticəsində həlakolan uşaqların sayı 21-ə yüksəlib.

Trend-in KeniyaKİV-lərinə istinadən verdiyi məlumata görə, faciə sentyabrın 5-dən6-na keçən gecə Kieni şəhərində yerləşən Hillside Endarasha Academyməktəbinin yataqxanasında baş verib.

Yanğının səbəbləri hələ də araşdırılır, lakin məlumdur ki,faciəvi hadisə zamanı yataqxanada onlarla şagird olub. Keniyanınvitse-prezidenti Riqati Qaçaqua ilkin açıqlamasında 17 nəfərinhəlak olduğunu, 70-dən çox uşağın isə itkin düşdüyünü bildirmişdi.Hazırda axtarış-xilasetmə işləri davam edir, xəsarət alanlarxəstəxanalara yerləşdirilib, yanğının başvermə səbəbləri ilə bağlıaraşdırmalar aparılır. Hadisə ilə əlaqədar olaraq məktəb müvəqqətibağlanıb, vəfat edənlərin ailələrinə yardım göstərilməsi üçünhökumət səylərini artırıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
9
az.trend.az

10Mənbələr