UEFA Millətlər Liqasının qrup mərhələsinin II turu çərçivəsində sentyabrın 8-də Koşitse Futbol Arenasında keçiriləcək Slovakiya - Azərbaycan oyunu öncəsi millimizin baş məşqçisi Fernandu Santuşun və Toral Bayramovun mətbuat konfransı baş tutub. 

Offsideplus.az xəbər verir ki, T.Bayramov bu sözləri deyib:

“Bizi çox güclü kollektivə qarşı çətin oyun gözləyir. Rəqib son Avropa çempionatında uğurlu çıxış edib. Buna baxmayaraq, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirərək, yaxşı oyunla qələbə qazanmağa çalışacağıq. Bunu bacaracaq gücümüz var. Komandamızda ab-hava yaxşıdır”.