AZ

Zelenski atəşkəs planını Baydenlə bölüşməyə tələsir: "Müharibənin sonuna indi daha yaxınıq"

Ukrayna prezidenti Vladimir Zelenski atəşkəs üçün plan hazırladığını və bunu digər prezidentliyə namizədlərlə, xüsusən də ABŞ-ın hazırkı prezidenti Co Baydenlə bölüşmək istədiyini bildirib.
Sitat.info xəbər verir ki, hər il sentyabrın əvvəlində İtaliyanın Komo gölünün sahilindəki Cernobbio qəsəbəsində keçirilən və beynəlxalq hadisələrin müzakirə edildiyi Ambrosetti Forumunda iştirak edən Ukrayna prezidenti Vladimir Zelenski italyan jurnalistlərə Ukrayna-Rusiya müharibəsi ilə bağlı açıqlama verib.

Zelenski bəyan edib ki, onlar torpaqlarından imtina etmək üçün ultimatumları qəbul edə bilməzlər və məhəl qoymayacaqlar.

Atəşkəs üçün bir planı olduğunu bildirən Zelenski, bunu ABŞ prezidentinə təqdim edəcək: "Mən bir plan hazırlamışam və Amerikadan asılı olan bəzi məqamlar olduğu üçün bunu ABŞ prezidenti ilə bölüşmək istəyirəm. Ümid edirəm ki, bu planı göstərmək imkanım olacaq. Baydenə və namizədlərə müraciət edəcəyəm və hazırda heç nə paylaşmamışıq."  

“İtaliya ilə heç bir problemimiz yoxdur”
Zelenski Rusiyanın hücumlarında onlara qarşı Şimali Koreya istehsalı raketlərdən istifadə etdiyini, dağıntılardan tutmuş video çəkilişlərə qədər əllərində dəlillər olduğunu, İran istehsalı olan raket və dronların da istifadə edildiyini qeyd edib.

Zelenski həmçinin qeyd edib ki, İtaliya ilə silahdan istifadə ilə bağlı heç bir problem yoxdur.

“Müharibənin sonuna indi daha yaxınıq” - deyən Zelenski,  konkret razılaşmalarla iqtisadiyyatı gücləndirdiklərini və bununla da müharibənin sonuna yaxınlaşdıqlarını bildirib.

Seymur,

Sitat.info

Seçilən
106
50
sitat.info

10Mənbələr