Sərnişin təyyarəsinin pilotları Qroznıda (Çeçenistan, Rusiya) tikilməkdə olan uçuş-enmə zolağına eniş etmək istəyiblər.BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb. Təyyarə həmin vaxt sahədə işləyən üç ekskavator və bir minik avtomobili ilə toqquşmaq təhlükəsi ilə üzləşib. O ikinci cəhddən sonra düzgün zolağa enməyi bacarıb. Hava gəmisinin Türkiyədən gəldiyi və "Utair" şirkətinə məxsus olduğu bildirilib. Lakin sonradan şirkət məlumatı təkzib edib. Bildirilib ki, bu, iyunun 24-də baş vermiş hadisədir və həmin vaxt pilotlar güclü küləyə görə manevr ediblər. İnsident nəticəsində xəsarət alan olmayıb.