AZ

Qarpız və qovun qanda şəkərin miqdarını artırır?

Rusiyalı dietoloq Marina Makişa “Rosiya 1” telekanalında yayımlanan “Ən vacibi haqqında” proqramında qarpızda, yoxsa qovunda daha çox şəkərin olması haqqında danışıb. Bildirib ki, gündə yarım kiloqramdan çox bu giləmeyvələr yeyilməməlidir.
Mütəxəssis əmin edib ki, əslində qarpız və qovun şirinliyində ciddi fərq yoxdur. Şəkərin tərkibi həm çeşiddən, həm də yetişmə dərəcəsindən asılı olur.
“Şirin dadına baxmayaraq, qovun və qarpızda çox şəkər yoxdur – orta hesabla 100 qram məhsula 5-8 qram. Bu təxminən bir kub şəkərdir. Buna görə də 200-300 qramlıq bir porsiya yeyirsinizsə, o zaman qanda qlükoza əhəmiyyətli dərəcədə artmayacaq”, -deyə mütəxəssis bildirib.
“Ancaq artıq yarım kiloqram yemək xüsusilə insulin müqaviməti və ya diabetli insanlar üçün – kifayət qədər böyük bir karbohidrat yüküdür”,- deyə Marina Makişa xəbərdarlıq edib.
Nubar Süleymanova, “İki sahil”

Seçilən
109
1
arantv.az

2Mənbələr