AZ

Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb

Füzuli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Far.Az"un məlumatına görə, 1985-ci il təvəllüdlü Qədirzadə Hürü Rza qızı idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
9
far.az

10Mənbələr