AZ

İran hakimiyyəti paytaxtı Tehrandan köçürür?- Bu əraziyə...

İran prezidenti Məsud Pezeşkian deyib ki, ölkənin paytaxtı Tehrandan cənuba köçürülməli olduğunu bildirib.
 
 
Moderator.az xəbər verir ki, o açıqlamasında qeyd edib ki, başqa yol yoxdur.
 
Fars xəbər agentliyi siyasətçinin sözlərindən sitat gətirib: “Ölkənin paytaxtı olmaqla Tehran paytaxt mərkəzinin özünü köçürməkdən başqa həll yolu olmayan problemlərlə üz-üzədir.Pezeşkian fikrini onunla əsaslandırıb ki, paytaxt Tehranda olarkən ölkənin gələcək inkişafı mümkün deyil. Şəhər İranın şimalında yerləşir və resursları məhsula çevirib geri göndərmək üçün cənubdan oraya çatdırılmalıdır. Bu, iqtisadi cəhətdən mümkün deyil. Prezident əlavə edib ki, yeni paytaxt seçildikdən sonra bütün dövlət idarələri ora köçürüləcək və bundan sonra Tehran sakinləri köçmək imkanı əldə edəcəklər".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
10
moderator.az

10Mənbələr