AZ

Hindistanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Rusiyaya səfər edəcək

Hindistanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval Ukraynada nizamlanmanı müzakirə etmək üçün gələn həftə Rusiyaya səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə “India Today” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, səfər zamanı Doval BRİKS dövlətlərinin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək nümayəndələrinin sentyabrın 10-12-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılan görüşündə iştirak edəcək. O, həmçinin Rusiya rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək və bu görüşlərdə iyulda Moskvada Rusiya-Hindistan sammitində qaldırılan mövzuları müzakirə etməyə davam edəcək.

Telekanal bildirir ki, Doval Çin nümayəndələri ilə də görüşəcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
120
23
ikisahil.az

10Mənbələr