AZ

Fernandu Santuşun Canni De Byazidən fərqi: “O, bunu etmədi"

"Millimizin İsveçə məğlubiyyətini gözləmirdim, ən azı bərabərlik olacağına ümid edirdim. O

yunun əvvəlində də göründü ki, bu rəqibə qalib gələ bilərdik".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin Millətlər Liqasında İsveçə məğlubiyyətini (1:3) şərh edən Zaur Həşimov deyib.

Yığmanın sabiq müdafiəçisi Fernandu Santuşun bəzi müdaxilələrinə də aydınlıq gətirib:

"Santuşun komandanı hazırlamağa 2 gün vaxtı olub. Tapşırıqlarının bəzilərini oyun vaxtı sezmək olurdu.

Müdafiəçilər risk etmədən daha çox uzun ötürmələrlə hücumlara çıxmağa çalışırdılar.

Bir də Canni De Byazidən fərqli olaraq, heyətdə eksperiment aparmadı. Hər futbolçu öz mövqeyində çıxış edirdi".

"PRO" kateqoriyalı məşqçi məğlubiyyətdə vurulmayan penaltinin də rolunu xüsusi qabardıb:

"Fikrimcə qaçırılan penalti də hesabda rol oynadı. Çünki bu şansı hesab 0:0 olanda qazanmışdıq.

Həm də birinci yarının tam sonu idi. Şansı qaçırmaqla psixoloji üstünlüyü rəqibə vermiş olduq.

Rəqib də bundan məharətlə istifadə etdi. 60-cı dəqiqəyə kimi nümayiş etdirilən oyunu, yaradılan qol imkanlarını müsbət qiymətləndirirəm. Əfsuslar olsun ki, sonda məğlub olduq".

XANOĞLAN

Seçilən
248
47
sportinfo.az

10Mənbələr