AZ

140-dan çox məktəbli qidadan zəhərlənib

Qazaxıstanın Manqistau vilayətində kütləvi qida zəhərlənməsi nəticəsində 141 nəfər zərər çəkib.

Medianews.az “Report”a istinadən xəbər verir ki,, bu barədə yerli KİV Regional Səhiyyə İdarəsinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, sentyabrın 6-da axşam saatlarında Munaylı rayonundakı 8 saylı məktəbin şagirdləri qarın ağrısı və bədən istiliyinin yüksəlməsindən şikayət etməyə başlayıblar.

“Hazırda regionda xüsusi qərargah yaradılıb, 82 nəfər ev nəzarətindədir, 16 uşaq isə xəstəxanadadır İstintaq başlayıb”, – məlumatda deyilir.

Zəhərlənmənin səbəbləri aydınlaşdırılır.

Seçilən
299
18
medianews.az

10Mənbələr