AZ

Mingəçevir: məhəllələr abadlaşır, şəhər gözəlləşir

Mincəçevirdə aparılan abadlıq-quruculuq işləri bugünlərdə payız-qış mövsümünə hazırlıq tədbirləri ilə xeyli genişlənib və sürətlənib. Şəhərin xidmət təşkilatları məhəllələrdə və kommunikasiyarda təmir-sazlama işləri aparır, sakinlərin qaldırdıqları məsələləri öyrənib yoluna qoyurlar.

İyul ayında şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 15 binada başla­dığı əsaslı təmir işləri 5 binada yekunlaşıb. Binaların ümumi istifadə sahələri abad­laşdırılıb, dəhlizlərə plastik pəncərə və seyf qapları qoyulub, pilləkən və sürahilər təmir edilib. Həyətlərdə dağılmış yerlərə asfalt örtük çəkilib. Aparılan kompleks tə­mir-bərpa işləri şəhər rəhbərliyinin nəzarə­ti altında digər binalarda da sürətlə davam etdirilir.

Bugünlərdə şəhər rəhbərliyinin, xidmət qurumlarının, ictimaiyyət nümayəndələri­nin, mətbuat işçilərinin iştirakı ilə A.Məm­mədov və Xətai küçələrindəki çoxmənzilli yaşayış binalarında görülmüş və davam etdirilən işlərə baxış keçirilib. Sakinlərlə keçirilən görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidenti İlham Əliyevin tapşırıq­larına uyğun olaraq məhəllələrdə aparılan əsaslı təmir işlərinin sakinlərin rahatlığına və məmnunluğuna xidmət etdiyini bildirib. 

Sohbətdə qeyd edilib ki, ötən illərdə 260-dan artıq yaşayış binası günün tələblə­ri səviyyəsində təmir edilib. Mingəçevirin gözəlliyinə əlavələr edilməklə aparılan bu işlər bundan sonra da davam etdiriləcək. Qarşıdan gələn payız-qış aylarında əha­linin zəruri xidmətlərlə fasiləsiz təchiz edilməsi üçün şəhər təsərrüfatı bütün zə­ruri işləri vaxtında başa catdıracaq. Bünun üçün şəhər rəhbərliyi xidmət qurumlarına hərtərəfli kömək göstərir.

Sakinlər onları illərdən bəri narahat edən problemlərin mərhələli surətdə ara­dan qaldırılmasını razılıqla qeyd ediblər, insanların rifahının yaxşılaşdırılmasına, güzəranın yüksəldilməsinə göstərilən qay­ğıya görə ölkə rəhbərliyinə minnətdarlıqla­rını bildiriblər.

Sonda işlərin sürətlə və keyfiyyətlə aparılması, sakinlərin istək və təkliflərinin cavablandırılması ilə bağlı şəhər təsərrüfa­tının rəhbərlərinə tapşırıqlar verilib.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Mingəçevir

Seçilən
80
7
xalqqazeti.az

10Mənbələr