AZ

Netanyahu nazirlərə Məbəd dağına icazəsiz getməyi qadağan edib

İsrailin Baş naziri Benyamin Netanyahu nazirlərin Qüdsdəki köhnə şəhərin əsas dini məkanlarından biri Məbəd dağını əvvəlcədən icazə almadan ziyarət etmələrini qadağan edib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

“Nazirlər ondan (İsrailin Baş naziri Benyamin Netanyahu – Qeyd) hərbi katib vasitəsilə icazə almadan Məbəd dağına çıxmamalıdırlar”, - deyə göstərişdə bildirilib.

Bundan əlavə, Baş nazir vurğulayıb ki, Məbəd dağı ilə bağlı status-kvoda hər hansı dəyişiklik yoxdur və olmayacaq.

Netanyahu bu bəyanatları sentyabrın 8-i axşam Nazirlər Kabinetinin iclası başlamazdan əvvəl verib.

Seçilən
131
50
ikisahil.az

10Mənbələr