AZ

Türkmənistanda Rəqəmsal və Yaşıl İqtisadiyyatla bağlı konfrans keçiriləcək

Fins.az xəbər verir ki, Türkmənistan rəqəmsal və yaşıl iqtisadiyyat mövzusunda elmi-praktik konfrans keçirəcək. Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Xocamirat Geldimiradov sentyabrın 20-nə planlaşdırılan konfransla bağlı hazırlıqların davam etdiyini bildirib.

Maliyyə və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir sənaye inkişafı, maliyyə-iqtisadi siyasət, əmək münasibətləri və rəqəmsal iqtisadiyyatın inkişafı kimi mövzuları əhatə edəcək.

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov konfransa ciddi hazırlığın vacibliyini vurğulayaraq, əsas məqsədin ölkənin sosial-iqtisadi inkişafına yönəlmiş fəaliyyətlərin genişləndirilməsi olduğunu qeyd edib.

Kaira Agayeva 

Fins.az

Seçilən
95
16
fins.az

10Mənbələr