AZ

"Arutyunyan dedi ki, bir gün oyanıb görəcəksən mən yoxam" - Simonyan



"Bugünkü Ermənistan hakimiyyəti iqtidarı ələ keçirməyib, xalqdan alıb".

aia.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Spiker Dağlıq Qarabağın ləğvi ilə bağlı Ermənistan hökumətinə qarşı ittihamlardan danışıb: "Hökumət Artsax üçün digər hökumətlərdən daha çox şey edib, bundan sonra müharibə baş verib və bu, hamıya məlumdur. Hakimiyyət Artsax uğrunda sona qədər vuruşdu və hər şeyi etdi. Həmin ittihamların suallarının cavabını xalq 2021-ci il seçkilərindən sonra verib".

Simonyan Dağlıq Qarabağın Ermənistan hökuməti üçün mövcud olmaması ilə bağlı iddialara da cavab verib: "Ermənistanın buna cavabı bəllidir və qanuni olaraq DQ yoxdur".

O, Araik Arutyunyanın istefasından Ermənistan baş nazirinin xəbərdar olması məsələsindən danışıb: "Mən Arutyunyanın istefasından da xəbərdar idim. Mənə təzyiq altında istefa verməli olduğunu söylədi. Dəfələrlə telefon danışığımız oldu, hətta dedi: Bəlkə bir gün oyanıb görəcəksən ki, mən yoxam".

aia.az



Seçilən
118
3
aia.az

4Mənbələr