AZ

Natiq Mehdinin qətlində təqsirləndirilən direktor müavinin məhkəməsi başladı

Müsavat Partiyasının fəalı, Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə mühafizəçi kimi çalışan Natiq Mehdini qətlə yetirməkdə təqsirləndirilən həmin məktəbin təsərrüfat işləri üzrə direktor müavin Elsəvər İslamovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı işin baxışa verilməsini məhkəməyə təklif edib.

Qısa müşavirədən sonra cinayət işi baxışa verilib və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsi barədə qərar qəbul edilib.

Məhkəmənin ilk baxış iclası sentyabrın 19-na təyin edilib.

Qeyd edək ki, bu il may ayının 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə məlumat daxil olub. 14 mayda isə Natiq Mehdinin öz iş yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayılıb. Baş Prokurorluq və DİN-in birgə yaydığı məlumata əsasən, onun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində öldürməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən Elsevər Eldar oğlu İslamov Xətai rayonunda yerləşən 55 nömrəli məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub.

Natiq Mehdi isə Müsavat partiyasının fəallarından olub.

Elsevər İslamova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 245-ci (meyit üzərində təhqiredici hərəkət) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Seçilən
37
7
e-huquq.az

10Mənbələr